...

İsrail Müdafiə Qüvvələri İrandan ballistik raketlərin buraxılmasını qeydə alıb

Dünya xəbərləri Materials 24 İyun 2025 12:03 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (İDF) İrandan İsrail istiqamətində ballistik raketlərin buraxılışının qeydə alındığını bildirib.

Trend xəbər verir ki, bu barədə “Times of Israel” IDF-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yaxın dəqiqələrdə İsrailin şimalında yenidən həyəcan təbilinin çalınacağı gözlənilir.

Bundan bir müddət əvvəl İsrail hökuməti İranla ikitərəfli atəşkəs rejiminə razılaşdıqlarını bəyan etmişdi.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti