...

Azərbaycanda Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı artıb

İqtisadiyyat Materials 24 İyun 2025 09:59 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birbaşa bank hesabları üzərindən 24/7 rejimli ödənişlərin emalına imkan verən Ani Ödənişlər Sisteminin inkişafı istiqamətində işlər davam etdirilir.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi”ndə çıxışı zamanı deyib.

O bildirib ki, sistemin əhatə dairəsi, texniki dayanıqlılığı və funksionallığı artırılaraq, istifadəçilərə daha sürətli və rahat ödəniş imkanları təqdim edilir.

"2024-cü ilin ilk dörd ayı ilə 2025-ci ilin müvafiq dövrü müqayisə edildikdə, Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayında 40%-dən çox artım müşahidə edilib. Sözügedən göstəricinin artım dinamikasını yaxından izləyir və növbəti aylarda indikator üzrə müsbət trayektoriyanın davam edəcəyini proqnozlaşdırırıq", - deyə V. Xəlilov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti