...

Kanada nəşri Azərbaycan diasporunun ABŞ-də törədilən terror aktlarını pisləməsindən yazıb

Cəmiyyət Materials 24 İyun 2025 16:30 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Almaniya, İsrail və digər ölkələrdəki Azərbaycan diaspor təşkilatları ABŞ-nin Vaşinqton və Kolorado ştatlarında həyata keçirilən terror hücumlarını pisləyən rəsmi bəyanatlar yayıblar. Onların ismarıclarında heç bir ideologiya, siyasi inanc və ya dini motivin günahsız insanların öldürülməsinə haqq qazandıra bilməyəcəyi vurğulanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış jurnalist və siyasi şərhçi Reyçel Avraham Kanadanın populyar “THEJ.CA” nəşrində dərc olunan məqaləsində yazıb.

“Azərbaycanlılar Vaşinqton və Koloradoda törədilmiş terror aktlarını pisləyir, qurbanlarla həmrəy olduqlarını bildirirlər” başlıqlı məqalədə bu yaxınlarda Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi, həmçinin Qəzza zolağında əsir götürülən israilli girovların xatirəsinə Koloradoda keçirilən yürüş iştirakçılarına terror hücumuna qarşı Azərbaycan diasporunun etirazlarına da yer ayrılıb.

Qeyd olunub ki, Vaşinqtonda və Koloradoda baş verən terror aktları Azərbaycan cəmiyyəti tərəfindən qətiyyətlə qınanıb. Bu hücumlar həm ölkə daxilində, həm də xaricdə azərbaycanlılar arasında geniş kədər və hiddət doğurub. Beynəlxalq ictimaiyyət kimi azərbaycanlılar da tez bir zamanda sosial şəbəkələrdə həmrəylik bildirib, başsağlığı verib və ədalətə çağırış ediblər. Belə ki, terror hücumlarından sonra Azərbaycan vətəndaşları ABŞ-nin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib, gül dəstələri düzərək həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Onlar artan qlobal təhlükələr qarşısında beynəlxalq ictimaiyyəti sülhə, ədalətə və mülki əhalinin həyatının qorunmasına çağırıblar.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://thej.ca/2025/06/16/azerbaijanis-condemn-terror-attacks-in-washington-and-colorado-stand-in-solidarity-with-victims/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti