Bakı. Trend:
Region ölkələri rəhbərlərinin iradəsi ilə bölgənin sülh, rifah içində inkişaf edəcəyini, müharibə və qarşıdurmadan uzaq olacağı gözlənilir.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (24 iyun) Oman Sultanı Heytəm Bin Tariq Al Səidlə telefon söhbətində deyib.
Onun sözlərinə görə, İran bütün qonşu və region ölkələrini dost ölkələr hesab edir, həmçinin heç bir vəchlə onlarla qarşılaşmaq niyyətində olmayıb və belə bir niyyəti yoxdur.
Pezeşkian deyib ki, İran heç vaxt öz haqlı hüququndan vaz keçməyəcək. Eyni zamanda Omanın müzakirələrin həyata keçirilməsi prosesindəki həmrəyliyini heç vaxt unutmayacaq və gələcəkdə də Omanın köməkliyindən faydalanacağına ümid bəsləyir.
Telefon söhbətində Oman Sultanı Heytam Bin Tariq Al Səud da bildirib ki, Oman İranın Qətərə qarşı hücum planı olmadığını qəbul edir, Qətər isə İranın belə bir niyyətinin mövcud olmadığına inanır.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.