...

İran bütün qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdə maraqlıdır – Araqçi

Dünya xəbərləri Materials 24 İyun 2025 14:31 (UTC +04:00)
İran bütün qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdə maraqlıdır – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran bütün qonşu ölkələr, xüsusilə Fars körfəzinin ətrafında yerləşən ölkələrlə münasibətləri hərtərəfli şəkildə gücləndirməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla Bin Zayed Əl Nəhyanla telefon söhbətində deyib.

Onun sözlərinə görə, İran region ölkələri, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri ilə dostluq münasibətlərinə önəm verir və İsrail və ABŞ-nin İran əleyhinə hücumları ilə əlaqədar məsuliyyətli mövqelərini təqdirəlayiq hesab edir.

Araqçi əlavə edib ki, ABŞ və İsrailin İran əleyhinə qanunsuz hücumları BMT nizamnaməsi və beynəlxalq hüquq prinsiplərini pozub, regional sülh və stabilliyə hədə hesab olunur.

İranlı nazir region ölkələri arasında sülh və stabilliyin möhkəmlənməsi üçün həmrəyliyin vacibliyini qeyd edib.

Telefon söhbətində BƏƏ xarici işlər naziri Abdulla Bin Zayed Əl Nəhyan da Tehran-Əbu-Dabi arasında münasibətlərə diqqət yetirərək, regional sülh və stabilliyin qorunması istiqamətində bütün region ölkələrinin birgə səyi və əməkdaşlığının vacibliyini qeyd edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti