...

İran və Qətər arasında dostluq münasibətlərinin möhkəmləndiriləsinin vacibliyi qeyd olunub

Dünya xəbərləri Materials 24 İyun 2025 12:49 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Qətər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, yüksəldilməsinin vacibliyi qeyd olunub.

Trend-in məlumatına görə, bu, İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi ilə Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd Bin Əbdüləziz əl-Xuleyfi ilə telefon söhbətində qeyd edilib.

Telefon söhbətində İranın xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi israil və ABŞ-nin İrana qarşı hücumlarını qınayıb və İranın regionun digər ölkələri ilə əməkdaşlıq etməsi ilə region ölkələri arasında ayrı-seçkiliyə imkan yaranmayacaq.

İranlı nazir müavini regionda gərginliyin kəskinləşməsinin qarşısının alınmasına kömək istiqamətində Qətərin rolunu və səylərini alqışlayıb.

Telefon söhbətində Qətər XİN-də dövlət naziri Məhəmməd Bin Əbdüləziz Əl-Xuləyfi də iki ölkə arasındakı əlaqələrə münasibət bildirib və deyib ki, region ölkələri sülh və sabitliyin qorunmasında birgə səy göstərə bilərlər. Bu istiqamətdə Qətər konstruktiv rolu sahib olmaqda ciddi səy göstərir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Xəbər lenti

Xəbər lenti