...

Azərbaycan biznesimizi inkişaf etdirmək üçün yerli bir mərkəz ola bilər - "TeslaPay"

İqtisadiyyat Materials 24 İyun 2025 12:42 (UTC +04:00)
Azərbaycan biznesimizi inkişaf etdirmək üçün yerli bir mərkəz ola bilər - "TeslaPay"
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda biznesimizi inkişaf etdirmək üçün yeni yollar tapamağa və burada uyğun tərəfdaşlar əldə etməyə ümid edirik.

Bu sözləri "TeslaPay" şirkətinin idarəedici tərəfdaşı Filip Larin bu gün Bakıda keçirilən “FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi” çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, "TeslaPay"in fəaliyyət göstərdiyi ölkələri sadalayıb:

"Bizim Avropada bir neçə maliyyə şirkətimiz var. Eyni zamanda Yaxın Şərqdə, məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn kimi ölkələrdə yerləşən bəzi mərkəzlərimiz fəaliyyət göstərir. Həmçinin biz Mərkəzi Asiyada — Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda işləyirik.

Şərqi Asiyada da — Malayziya, İndoneziya və Honq Konqda şirkətimiz mövcuddur. Hazırda biz bu konfransdayıq ki, Azərbaycanda biznes qurmaq üçün tərəfdaş tapaq.

Biz yerli banklarla, hüquq şirkətləri ilə əməkdaşlıq axtarırıq". "Eyni zamanda Azərbaycan Mərkəzi Bank və burada fəaliyyət göstərən digər tənzimləyici qurumlarla da əlaqə qurmaqda maraqlıyıq", - F. Larin vurğulayıb.

O ümid edirik ki, "TeslaPay" Azərbaycanda biznesini inkişaf etdirmək üçün yeni yollar tapacaq və burada uyğun tərəfdaşlar əldə edəcək: "Biz görürük ki, Azərbaycan çox dostyana bir məkan, müasir bir ölkədir. Burada FinTech sahəsində çalışan bir çox şirkət mövcuddur. Bu şirkətlər həm İT sahəsində, həm də maliyyə sektorunda yüksək bacarıq və kompetensiyaya malikdirlər".

"Bundan başqa, düşünürük ki, Azərbaycan biznesimizi inkişaf etdirmək üçün yerli bir mərkəz ola bilər və burada uyğun tərəfdaşlar və həll yolları tapacağımıza ümid edirik", - deyə F. Larin qeyd edib.

Xəbər lenti

Xəbər lenti