Bakı. Trend:
Bu gün bizim ən böyük davamız Azərbaycan dili və ədəbiyyat fənnindən sualların çətinliyi ilə bağlı narazılıqdır.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O qeyd edib ki, suallar çətindir və 200 müəllim narazıdır deyirlər.
"Narazıdırlar müraciət etsinlər aydınlaşdıraq. Qışqırmaqla problem həll edilmir. Mənə bununla bağlı heç kim müraciət etməyib. Mənə edilən müraciət müəllimin saat hesabı ilə bağlıdır əsasən", - deyə o əlavə edib.