Bakı. Trend:
ADY sərnişin tələbatını təmin etmək məqsədilə 25 iyunda Bakıdan Balakənə, 26 iyunda isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.
Bu barədə Trend-ə ADY-dən məlumat verilib.
Belə ki, Bakı–Balakən və Balakən-Bakı istiqamətinə hərəkət edəcək qatara 3-ü “Standart” və 3-ü “Standart+” olmaqla ümumilikdə 6 vaqon qoşulacaq.
Qeyd olunan tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.