...

Dövlət qulluqçularının reyestrinə dair qaydaları pozanlar cərimələnəcək

Cəmiyyət Materials 24 İyun 2025 13:13 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qulluqçularının reyestrinin aparılması qaydasının pozulmasına dair cərimələr müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dövlət qulluqçularının reyestrinə səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil edilməli olan məlumatların qanunvericiliklə müəyyən edilmiş müddətdə daxil edilməməsinə və ya məlumatlarda dəyişiklik edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək.

Yuxarıdakı abzaslarda “səlahiyyətli vəzifəli şəxs” dedikdə dövlət orqanının (qurumunun) Dövlət qulluqçularının reyestrində qeydiyyatdan keçmiş və müvafiq hüquqlar verilmiş məsul şəxsləri nəzərdə tutulacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti