Bakı. Trend:
Biz elm və təhsil haqqında danışanda, bunu elmi ictimai fikir və rəydən ayırmalıyıq.
Trend xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.
O bildirib ki, bizim gündəmi kimsə dərslikdə hərf səhvi tutub fikirləri daha üstünlük təşkil edir.
"Ən vacib məsələ ilkin dövr inkişafıdır. Biz heç olmasa 1 il
məktəbəqədər təhsilə cəlb edilmiş şagirdin nəticəsinə baxanda
nəticələrinin digərlərindən daha üstün olduğunu görürük.
Hal-hazırda məktəbəqədər təhsilə cəlb edilən uşaqların sayı 90-ə
çatıb. Uşaqlar minumum 1 il məktəbəqədər təhsilə cəlb
edilməlidir.
Təhsildə baş verən yenilikləri də tez müddətdə görmək olmur. Bunun
üçün zaman lazımdır"- deyə o əlavə edib.