Bakı. Trend:
Türkiyə xarici işlər naziri Hakan Fidan qətərli həmkarı şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıb.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, tərəflər İsrail və İran arasındakı son vəziyyəti müzakirə ediblər.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.
