...

İranda daha bir nüvə alimi öldürülüb

Dünya xəbərləri Materials 24 İyun 2025 10:02 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə İsrailin İranın şimalında yerləşən Gilan vilayətinə hərbi hava hücumları nəticəsində iranlı nüvə alimi Məhəmməd Rza Sədiqi Saber ölüb.

Trend-in məlumatına görə, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, ötən günlərdə də İsrailin nüvə aliminin Tehrandakı mənzilinə hücumunda 17 yaşlı oğlu ölüb.

Qeyd edək ki, 2 ay öncə ABŞ Xəzinədarlıq Departamenti Məhəmməd Rza Sədiqi Saberə qarşı sanksiya tətbiq edərək onun nüvə silahlarının inkişaf etdirilməsi ilə əlaqədə olduğunu bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xəbər lenti

Xəbər lenti