...

İranda generallar və nüvə alimlərinin dəfn günü açıqlanıb

Dünya xəbərləri Materials 25 İyun 2025 10:50 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 28-də İranda İsrailin İrana hücumları nəticəsində öldürülən generallar və nüvə alimlərinin dəfn mərasimi keçiriləcək.

Trend-in mlumatına görə, bunu İranın İslam Təbliğatı Koordinasiya Şurasının Tehran vilayəti üzrə idarəsinin direktoru Möhsün Mahmudi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəfn mərasimi Tehran şəhərinin “İnqilab” dairəsindən “Azadi” dairəsi istiqamətində keçiriləcək.

Mahmudi deyib ki, 28 iyunun seçilməsində məqsəd Ayətulla Məhəmməd Hüseyni Beheştiyə qarşı terror aktının ildönümü ilə eyni vaxta salınmasıdır.

Qeyd edək ki, 1981-ci il 28 iyunda Tehranda İranın Ali Məhkəməsinin sədri və Məhkəmə Sisteminin rəhbəri Ayətulla Məhəmməd Hüseyni Beheşti və onunla birlikdə olan 72 nəfər terror aktı nəticəsində öldürülüb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti