Bakı. Trend:
ABŞ hökuməti İranın nüvə zənginləşdirilməsini həyata keçirməsinə imkan verməyəcək.
Trend xəbər verir ki, bunu Haaqada NATO sammitinə qatılan ABŞ prezidenti Donald Tramp bildirib.
“Onlar (İran hakimiyyəti – red.) bərpa etmək istəyirlər, amma biz buna imkan verməyəcəyik. Düşünürəm ki, sonda İranla aramızda müəyyən münasibətlər formalaşacaq”, – deyə Tramp bildirib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.