...

Azərbaycandan İsrailə pul köçürmələri artıb, əks istiqamətdə azalıb

İqtisadiyyat Materials 25 İyun 2025 17:07 (UTC +04:00)
Azərbaycandan İsrailə pul köçürmələri artıb, əks istiqamətdə azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,098 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 302 min ABŞ dolları və ya 1,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

Həmçinin cari ilin ilk rübündə İsraildən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 2,356 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 1,139 milyon ABŞ dolları və ya 32,6% azalma deməkdir.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində İsrailin payı 1% təşkil edib.

2024-cü ilin birinci rübündə Azərbaycandan İsrailə fiziki şəxslərin pul köçürmələrinin həcmi 796 min ABŞ dolları, əks istiqamətdə isə 3,495 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk rübündə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 112,674 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,811 milyon ABŞ dolları və ya 14,3% azdır.

Eyni zamanda hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 229,494 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin ilk rübündəki göstərici ilə müqayisədə 64,926 milyon ABŞ dolları və ya 22,1% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti