...

Serbiyada konstitusiya quruluşunu zorakılıqla devirməyə hazırlanan 6 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 26 İyun 2025 00:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada konstitusiya quruluşunun zorakılıqla devrilməsi planını hazırlamaqda şübhəli bilinən altı nəfər saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 21-də saxlanılan şəxslər Kralyevo şəhərindəki oteldə görüşərək Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsi planlarını müzakirə ediblər.

Onlar odlu silahdan istifadə etməklə dövlət qurumlarının nümayəndələrinə hücum etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd etmək, həmçinin hökumət binalarına, digər dövlət qurumlarına, eləcə də Serbiya Radio və Televiziyasının (RTS), "Happy TV" kanalı və İnformer portalının redaksiyalarına soxulmağı planlaşdırıblar.

Saxlanılan şəxslər barəsində 48 saata qədər həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti