Bakı. Trend:
Bu gündən – iyunun 26-dan Azərbaycanda islam aləmində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı başlayıb.
Trend xəbər verir ki, Məhərrəm hicri-qəməri təqviminin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü sayılan Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm adlanır və İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.