Bakı. Trend:
Braziliyada keçirilən futbol matçı zamanı hakim narkotik alverində iştirak etdiyi şübhəsi ilə saxlanılıb.
Trend xəbər verir ki, bu barədə “Globoplay” portalı məlumat yayıb.
Məlumata görə, San-Paulu ştatının Quaruja şəhərində narkotik alverçilərinin fəaliyyətinə dair aparılan araşdırmalar nəticəsində hakim Ederson Karlos da Silvanın cinayətkar şəbəkənin fəal üzvü olduğu müəyyən edilib.
Polisin məlumatına əsasən, o, San-Paulu ştatı üzrə kokainin yayılmasını həyata keçirən narkotik şəbəkəsinin logistik əməliyyatlarının təşkilində əsas fiqurlardan biri hesab olunur.