...

Məkkədə Kəbənin örtüyü dəyişdirilib

Dünya xəbərləri Materials 26 İyun 2025 09:37 (UTC +04:00)
Məkkədə Kəbənin örtüyü dəyişdirilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Məkkə şəhərində Kəbənin örtüyü dəyişdirilib.

Trend xəbər verir ki, bu barədə Məscidül-Həram və Məscidün-Nəbəvi İşləri üzrə Baş İdarə məlumat yayıb.

Məlumata görə, dünən axşam saatlarından başlanan prosesdə 154 nəfərlik peşəkar mütəxəssislərdən ibarət heyət iştirak edib.

Yeni hazırlanan, 47 hissədən ibarət və 1415 kiloqram çəkisi olan örtüyün dəyişdirilməsi bir neçə saat davam edib. Kəbə örtüyünün hazırlanması üçün təxminən 825 kiloqram saf ipək, 180 kiloqram isə gümüş və qızıldan istifadə olunub.

Qeyd edək ki, yenisi ilə əvəzlənən köhnə örtük isə zəm-zəm suyu ilə yuyulduqdan sonra muzeylərdə nümayiş etdirilməsi üçün İslam ölkələrinə göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti