Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bu ilin yayında Federal Ehtiyat Sisteminin (FED) yeni sədri vəzifəsinə namizədi müəyyən edə bilər.
Trend-in “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, bu barədə Trampın yaxın çevrəsinə istinadla məlumat yayılıb. Hazırkı sədr Cerom Pauelin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.
Prezidentin baxdığı namizədlər sırasında bir neçə tanınmış fiqur yer alır. Onlar arasında Federal Ehtiyatlar Şurasının keçmiş üzvü Kevin Uorş, ABŞ-nin maliyyə naziri Skott Bessent, Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hasset, Dünya Bankının keçmiş prezidenti Devid Melpass və FED-in Rəhbər Komitəsinin üzvü Kristofer Uoller də var.