...

Kredit sığortası üzrə yığımlar və ödənişlər azalıb

İqtisadiyyat Materials 26 İyun 2025 10:37 (UTC +04:00)
Kredit sığortası üzrə yığımlar və ödənişlər azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 1,381 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 500 min manat və ya 26,6% azdır.

Eyni zamanda hesabat dövründə kredit sığortası üzrə ödənişlərin həcmi 34 min manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 1 min manat və ya 2,9% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 719,353 milyon manat sığorta haqqı yığılıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda, 2025-ci ilin ilk 5 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 314,788 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 milyon manat və ya 14,8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti