...

Real Vaxt Rejimində Hesablaşmalar Sistemi üzrə əməliyyatların həcmi 19%-ə yaxın artıb

İqtisadiyyat Materials 26 İyun 2025 11:00 (UTC +04:00)
Real Vaxt Rejimində Hesablaşmalar Sistemi üzrə əməliyyatların həcmi 19%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin may ayı ərzində Azərbaycanda Real Vaxt rejimində Banklararası Milli Hesablaşmalar Sistemində (AZIPS) aparılan tranzaksiyaların həcmi 55,4 milyard manatı, sayı isə 222,1 min ədədi ötüb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü ilin eyni ayının göstəricilərinə nisbətdə AZIPS üzrə aparılan əməliyyatların həcmində 8,8 milyard manat və ya 18,9%, sayında isə 27,5 min vahid və ya 14,1% artım qeydə alınıb.

Belə ki, 2024-cü ilin mayında ölkədə AZIPS vasitəsilə aparılan əməliyyatların həcmi 46,6 milyard manatı, sayı isə 194,6 min ədədi ötmüşdü.

Cari ilin may ayında AZIPS üzrə reallaşan bir ödənişin məbləği 249,4 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 min manat və ya 4,2% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti