...

Ermənistanda dövlət çevrilişinə cəhd işi ilə bağlı həbslər davam edir

Dünya xəbərləri Materials 26 İyun 2025 10:27 (UTC +04:00)
Ermənistanda dövlət çevrilişinə cəhd işi ilə bağlı həbslər davam edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan məhkəməsi Ermənistanın “Daşnaksütyun” partiyasının rəhbərliyinin nümayəndəsi İqor Sarkisyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Müqəddəs Mübarizə” hərəkatının Telegram-kanalında məlumat yayılıb.

“Daşnaksütyunun ali orqanının nümayəndəsi iki ay müddətinə həbs edilib”, - məlumatda qeyd olunur.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın İstintaq Komitəsinin hakimiyyəti zorakı yollarla ələ keçirmək və terror planlaşdırmaqla bağlı qaldırdığı cinayət işi çərçivəsində “Müqəddəs Mübarizə” müxalifət hərəkatının lideri - arxiyepiskop Baqrat Qalstanyan və daha yeddi müxalifət nümayəndəsi barədə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti