...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 26 İyun 2025 09:46 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,37 ABŞ dolları və ya 0,51% artaraq, 72,49 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,52% bahalaşaraq 71,17 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 dollar və ya 0,89% artaraq, 56,47 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,11 dollar və ya 0,16% artaraq, 69,23 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti