...

AİB Orta dəhlizi iqtisadi dəhlizə çevirmək niyyətindədir - Yevgeniy Jukov

İqtisadiyyat Materials 26 İyun 2025 10:53 (UTC +04:00)
AİB Orta dəhlizi iqtisadi dəhlizə çevirmək niyyətindədir - Yevgeniy Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Orta dəhlizi iqtisadi dəhlizə çevirmək niyyətindədir.

Trend xəbər verir ki, bunu AİB Mərkəzi və Qərbi Asiya departamentinin baş direktoru Yevgeniy Jukov Pekində Asiya İnfrastruktur İnvestisiyaları Bankının illik toplantısı çərçivəsində keçirilən panel müzakirələrində deyib.

“Bu o deməkdir ki, dəhliz boyunca əlaqəliliyin yaxşılaşdırılmasından faydalanan nəqliyyat sistemlərinin, logistika infrastrukturunun və biznesin kompleks inkişafını təmin etmək lazımdır. Dəhlizin inkişafı dövlət və özəl sektorun əlaqələndirilmiş səylərini tələb edir”, – deyə o qeyd edib.

Jukovun sözlərinə görə, son illərdə Orta dəhliz üzrə yükdaşımalarının həcmi əhəmiyyətli dərəcədə artıb.

“Belə ki, 2024-cü ildə yükdaşımanın həcmi demək olar ki, 5 milyon tona çatıb ki, bu da əvvəlki illə müqayisədə 60%-dən çox artım deməkdir. Konteyner daşımalarında da nəzərəçarpan artım qeydə alınıb – bu göstərici eyni dövrdə 2,6 dəfə yüksəlib”, – deyə o əlavə edib.

Qeyd edək ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən nəqliyyat-ticarət marşrutudur və regionun bir sıra ölkələrindən keçir. Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir.

Marşrut Çindən başlayaraq Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən, daha sonra Xəzər dənizi vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz, Asiyanın şərq bölgələrini, o cümlədən Çini, daha uzun dəniz yollarını keçmədən Avropa ilə birləşdirən quru yolu təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti