Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Avropadakı NATO müttəfiqlərinə and içib ki, o, Ağ Evə rəhbərlik etdiyi müddətdə Rusiya Şimali Atlantika Alyansına üzv ölkələrə hücum etməyəcək.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, əsas sessiya zamanı Tramp müdafiə xərcləri ilə bağlı müsbət fikirlər səsləndirib və and içib ki, o prezident olduğu müddətdə Rusiya heç vaxt NATO-ya hücum etməyəcək.
Qeyd edilir ki, NATO-ya üzv digər ölkələrin liderləri Avropada müdafiə xərclərinin artırılması istiqamətində ABŞ liderinin səylərini yüksək qiymətləndiriblər və onun İrana qarşı zərbələrini dəstəkləyiblər.