...

Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb

Telekommunikasiya Materials 26 İyun 2025 14:36 (UTC +04:00)
Azərbaycanda noutbuk və stolüstü kompüter istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında Azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.

Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 544 ədəd və ya 61,6% çoxdur.

Bundan başqa, cari ilin ilk 5 ayında Azərbaycanda 1 695 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 037 ədəd, yaxud da 2,6 dəfə çoxdur.

Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 883 ədəd noutbuk, 658 ədəd stolüstü kompüter istehsal edilmişdi.

Qeyd edək ki, hesabat dövründə ölkədə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-may aylarında 88,6 milyon manatlıq məhsul istehsal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti