...

İran heç vaxt təslim olmayacaq - Xamenei

Dünya xəbərləri Materials 26 İyun 2025 15:16 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran heç vaxt heç bir ölkəyə təslim olmayacaq.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran xalqına müraciətində bildirib.

Onun sözlərinə görə, İran hər bir təcavüzə qarşılıqlı olaraq cavab verib və gələcəkdə də cavab verəcək.

Xamenei deyib ki, İran təcavüzə cavab vermək məqsədilə ABŞ bazasına hücum edib və xəsarətlər vurub. Qarşı tərəf öz hücumlarını şişirdir və İranın hücumunu kiçildir.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti