...

AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib (FOTO)

Cəmiyyət Materials 26 İyun 2025 17:50 (UTC +04:00)
AZAL Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri üçün işgüzar səhər yeməyi təşkil edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hava Yolları” (AZAL) nın təşəbbüsü ilə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) üzvləri üçün işgüzar səhər yeməyi təşkil edilib.

Trend xəbər verir ki, görüşdə AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə Assosiasiya üzvlərinə ilk olaraq Azərbaycan Hava Yollarının fəaliyyəti, göstərdiyi xidmətlər və gələcək planları haqqında ətraflı məlumat verib. Cəmil Manizadə çıxışı zamanı son illər ərzində AZAL-ın bir sıra istiqamətlər üzrə birbaşa uçuşların sayını artırdığını, xüsusilə əcnəbi sərnişinlər üçün Heydər Əliyev adına Beynəlxalq Hava Linmanının əlverişli tranzit mərkəzinə çevrildiyini qeyd edib.

AZAL rəsmisi həmçinin gələcək planlarda təyyarə parkına yeni hava gəmilərinin əlavə edilməsinin nəzərdə tutulduğunu, bunun nəticəsində yeni istiqamətlər üzrə uçuşların açılması baxımından geniş imkanlar yaranacağını bildirib. Cəmil Manizadə AZAL üçün Assosiasiya üzvüləri ilə sıx əməkdaşlığın əvvəlki illərdə olduğu kimi prioritet istiqamət olaraq qaldığını və birgə əməkdaşlığın bundan sonra da dəstəklənəcəyini diqqətə çatdırıb.

AZAL-ın təşkil etdiyi işgüzar görüşü yüksək qiymətləndirən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm və aviasiya sektorları arasında səmərəli əməkdaşlığın, qarşılıqlı anlayış və birgə təşəbbüslərin daha da güclənməsinə və inkişafına bundan sonra da töhfə verəcəyini qeyd edib.

AZAL-ın bu istiqamətdə nümayiş etdirdiyi dəstəyin Assosiasiya üzvüləri üçün mühüm önəm daşıdığını bildirən ATAA sədri Azalın rəhbərliyinə və komandasına bu ənənəvi görüşlərin keçirilməsinə görə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti