...

İsrail ordusu Livanda "Hizbullah"ın iki üzvünü məhv edib

Dünya xəbərləri Materials 26 İyun 2025 18:36 (UTC +04:00)
İsrail ordusu Livanda "Hizbullah"ın iki üzvünü məhv edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu Livanın cənubuna yeni zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, zərbənin məqsədi "Hizbullah" təşkilatının hərbi qanadından iki terrorçunu məhv etmək olub.

İlk zərbə Livanın Baraşit kəndinin kənarında həyata keçirilib və nəticədə elit "Radvan" qüvvələrinin bölmələrindən birinin komandiri məhv edilib. İki saat sonra Beyt Lif kəndi ərazisində "Hizbullah" hərbi birləşmələrinin daha bir terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti