...

Azərbaycan cüdoçuları Avropa çempionatının lk gündə 6 medal qazanıblar (FOTO)

İdman Materials 26 İyun 2025 21:30 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa çempionatının lk gündə 6 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı start götürüb.

Trend-in məlumatına görə, yarışın ilk günündə 6 çəki dərəcəsində 9 cüdoçumuz tatamiyə çıxıb. Onlardan 6-sı fəxri kürsüdə yer almağı bacarıb.

Oğlan cüdoçularımız çıxış etdikləri hər 3 çəki dərəcəsində qızıl medal qazanıblar. Anar Quliyev (-50 kiloqram), Rəsul Əlizadə (-55 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.

Qızlar arasında isə Nərmin Ağamirzəzadə (-48 kiloqram) gümüş, Gülşən Hüseynova (-44 kiloqram) və Leyla Ələkbərova (-48 kiloqram) bürünc medal əldə ediblər.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatının ilk günündə 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti