...

Aktiv istehlakçının dəstəklənməsi mexanizmi “yaşıl enerji”yə keçiddə niyə perspektivli hesab olunur? - AÇIQLAMA

Yaşıl iqtisadiyyat Materials 26 İyun 2025 18:00 (UTC +04:00)
Aktiv istehlakçının dəstəklənməsi mexanizmi “yaşıl enerji”yə keçiddə niyə perspektivli hesab olunur? - AÇIQLAMA
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aktiv istehlakçılar hesabat ili ərzində şəbəkəyə ötürdükləri enerjini növbəti aylarda əvəzləşdirə və ilin sonunda artıq elektrik enerjisi qalarsa dəyərini geri ala bilərlər.

Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

Şöbə müdiri vurğulayıb ki, aktiv istehlakçılar - elektrik enerjisi istehlak etməklə yanaşı təsərrüfat subyektlərində bərpa olunan enerji qurğuları ilə elektrik enerjisi istehsal edən, şəxsi istehlakını qarşılayan və artıq enerjini şəbəkəyə ötürə bilən fiziki və ya hüquqi şəxslər ola bilər.

"Belə ki, xüsusilə ev təsərrüfatları və kiçik müəssisələrdə günəş panelləri və külək turbinləri kimi bərpa olunan enerji qurğuları quraşdırılaraq təmiz enerjidən istifadə edilə bilər. Aktiv istehlakçılar hesabat ili ərzində (1 yanvar-31 dekabr) şəbəkəyə ötürdükləri enerjini növbəti aylarda əvəzləşdirə və ilin sonunda artıq elektrik enerjisi qalarsa, dəyərini Enerji Təchizatı Müəssisəsindən geri ala bilərlər. Bu sistem “yaşıl enerji”yə keçid prosesində böyük rol oynayır. Çünki bu mexanizm enerji istehsalını mərkəzləşdirilmiş istehsaldan şəbəkəyə paylanmış istehsala çevirir və enerji istehsalını diversifikasiya edir", - deyə C.Əliyev qeyd edib.

Onun sözlərinə görə, ölkəmizdə bu mexanizmin tətbiqinə gəldikdə, Nazirlər Kabinetinin Qərarı ilə “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” təsdiq edilib:

"Bu Qaydaların təsdiqi fiziki və hüquqi şəxslərə bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) avadanlıqlar vasitəsi ilə elektrik enerjisini həm istehlak, həm də istehsal etməyə imkanlar yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti