...

Əmlak sığortası bazarı 6%-dən çox artıb

İqtisadiyyat Materials 26 İyun 2025 10:19 (UTC +04:00)
Əmlak sığortası bazarı 6%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 89,353 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 5,2 milyon manat və ya 6,2% çoxdur.

Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin həcmi 17,547 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-may aylarındakı göstərici ilə müqayisədə 4,2 milyon manat və ya 32% çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 719,353 milyon manat sığorta haqqı yığılıb.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,6 milyon manat və ya 11,7% çoxdur.

Eyni zamanda 2025-ci ilin ilk 5 ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 314,788 milyon manat sığorta ödənişi edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 milyon manat və ya 14,8% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti