...

Polşa Seymi Ottava Konvensiyasından çıxmağa səs verib

Dünya xəbərləri Materials 26 İyun 2025 05:09 (UTC +04:00)
Polşa Seymi Ottava Konvensiyasından çıxmağa səs verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Seymi (parlamentin aşağı palatası) ölkənin piyada əleyhinə minaların istifadəsini, saxlanılmasını və istehsalını qadağan edən Ottava Konvensiyasından çıxmasına dair qərarı dəstəkləyib.

Trend-in xəbərinə görə, bu barədə qanunverici orqanın saytında səsvermənin nəticələri açıqlanıb.

Qanun layihəsini 413 deputat dəstəkləyib, 15-i “əleyhinə” səs verib, 3 deputat isə bitərəf qalıb. Növbəti mərhələdə sənəd Senata və imzalanmaq üçün Polşa Prezidentinə təqdim ediləcək. Dövlət başçısı sənədi təsdiqlədikdən sonra Polşa rəsmi şəkildə konvensiyadan çıxa biləcək.

Qeyd edək ki, Polşa mart ayında Baltikyanı ölkələr və Finlandiya ilə birlikdə Ottava Konvensiyasından çıxmaq niyyətini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti