Bakı. Trend:
Misirin dövlət aviaşirkəti "EgyptAir" regionda vəziyyətin sabitləşməsini nəzərə alaraq Əmman və Beyruta uçuşları bərpa edir.
Trend xəbər verir ki, bu barədə Misirin Mülki Aviasiya Nazirliyi özünün Facebook səhifəsində məlumat yayıb.
Aviadaşıyıcının mətbuat xidmətinin bildirdiyinə görə, "Yaxın Şərqdə mülki aviasiya hərəkətinin stabilləşməsi fonunda "EgyptAir" Qahirədən Beyruta birbaşa uçuşları bərpa etmək qərarına gəlib. Hazırda bu uçuşlar gündə bir dəfə yerinə yetiriləcək, lakin tələbat artdıqca onların sayı artırıla bilər. Ammana uçuşlar isə iyunun 27-dən etibarən bərpa olunacaq".