...

Zelenski NATO sammitində E5 ölkələrinin liderləri və NATO-nun baş katibi ilə görüşüb

Dünya xəbərləri Materials 26 İyun 2025 01:21 (UTC +04:00)
Zelenski NATO sammitində E5 ölkələrinin liderləri və NATO-nun baş katibi ilə görüşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti çərçivəsində Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa liderləri və NATO-nun baş katibi Mark Rütte ilə görüş keçirib.

Trend-in məlumatına görə, bu barədə Zelenski özünün Telegram kanalında yazıb.

Ukrayna lideri bildirib ki, görüşdə əsas diqqət Ukraynanın hava müdafiəsinin gücləndirilməsinə yönəlib: “Bu gün hava hücumundan müdafiə sistemləri və İran dronlarını ələ keçirən qurğular haqqında danışdıq. Rusiyaya qarşı təzyiqlər ayrıca müzakirə olunub. Rusiya Federasiyası hücum əməliyyatlarını artırır və müharibəni bitirmək niyyəti göstərmir. Buna görə enerji və bank sektorları, kölgə donanmasına qarşı işləmək və ikinci dərəcəli sanksiyalar tətbiq etmək vacibdir”.

Zelenski NATO və Alyansa üzv ölkələrin Ukraynaya dəstəyinin önəmini vurğulayaraq əlavə edib: “Döyüşçülərimizə, əsl qəhrəman xalqımıza göstərdiyiniz böyük dəstəyə görə təşəkkür edirik. Hava hücumundan müdafiə, reaktiv təyyarələrlə təlim missiyaları və yeni yardım paketlərinə görə minnətdarlığımı bildirirəm”.

NATO-nun baş katibi Mark Rütte isə sammitin bəyannaməsində Ukraynaya dəstək öhdəliyinin qüvvədə olduğunu qeyd edib: “Siz indi və gələcəkdə özünüzü qorumaq, danışıqlar masası arxasında daha güclü olmaq, gələcək təcavüzün qarşısını almaq və NATO-ya dönməz yolunuzda bizə arxalana bilərsiniz”.

Xəbər lenti

Xəbər lenti