...

"Microsoft" "Xbox" bölməsində növbəti ixtisarlara hazırlaşır

Dünya xəbərləri Materials 26 İyun 2025 06:21 (UTC +04:00)
"Microsoft" "Xbox" bölməsində növbəti ixtisarlara hazırlaşır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Microsoft" şirkəti "Xbox" oyun bölməsində növbəti ixtisar dalğasına hazırlaşır.

Trend xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" etibarlı mənbələrə istinadla yayıb.

Bildirilir ki, planlaşdırılan yenidənqurma prosesi "Xbox" bölməsində əhəmiyyətli sayda əməkdaşa təsir göstərəcək. İxtisarların 30 iyun – 6 iyul tarixləri arasında başlanacağı gözlənilir. Şirkət hələlik bu xəbərlə bağlı rəsmi açıqlama yaymayıb.

Qeyd edək ki, bu, son 18 ay ərzində "Microsoft"un oyun sahəsində həyata keçirdiyi dördüncü genişmiqyaslı ixtisar dalğası olacaq. Daha əvvəlki ixtisarlar çərçivəsində "Arkane Austin", "Tango Gameworks" kimi daxili oyun studiyaları bağlanmışdı.

İxtisarların səbəbi kimi 69 milyard dollarlıq "Activision Blizzard" alışının ardından "Microsoft" rəhbərliyinin oyun bölməsində səmərəlilik və rentabellik meyarlarını gücləndirməsi göstərilir.

Mənbələrin verdiyi məlumata görə, qarşıdakı ixtisarlar çərçivəsində daha bir neçə daxili oyun studiyasının da bağlanması gündəmdədir, lakin bu barədə hələlik yekun qərar verilməyib.

Xəbər lenti

Xəbər lenti