...

“Dövlət Proqramı” çərçivəsində 1252 nəfər təhsil almaq hüququ qazanıb

Cəmiyyət Materials 25 İyun 2025 11:35 (UTC +04:00)
“Dövlət Proqramı” çərçivəsində 1252 nəfər təhsil almaq hüququ qazanıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən etibarən həyata keçirilir.

Trend xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə qəbulun müsahibə mərhələsinin başlaması ilə əlaqədar keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, proqram çərçivəsində ümumilikdə 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb. "Proqram iştirakçılarından 196 nəfər müvafiq beynəlxalq reytinq cədvəllərində ("Times Higher Education", “QS World Unıversıty Rankings” və “Academic Ranking of World Universities (Shanghai)”) universitetlər üzrə top10-da yer alan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.Proqram çərçivəsində təhsilini başa vuraraq ölkəyə qayıdan 351 nəfər Dövlət Proqramı məzunu adını qazanıb"- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti