...

Ermənistanda arxiyepiskop Baqrat Qalstyanın evində axtarış aparılır

Dünya xəbərləri Materials 25 İyun 2025 10:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda İstintaq Komitəsinin “Müqəddəs Mübarizə” hərəkatına qarşı cinayət işi açmasının ardından ölkənin hüquq-mühafizə orqanları hərəkat üzvlərinin evlərində axtarışlara başlayıb.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları, eyni zamanda, arxiyepiskop Baqrat Qalstanyanın yaşadığı yerdə axtarış əməliyyatı keçirib.

Bundan əlavə, Daşnaksütun Partiyasından bildirilib ki, hazırda partiyanın Ali orqanının üzvü İqor Sarkisyanın, Abovyan üzrə komitə üzvü Vardan Avakyanın, Razdan üzrə komitə üzvü Artaşes Unanyanın və Noemberyan üzrə komitə üzvü Varazdat Amirakyanın mənzillərində axtarışlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti