...

Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi 400 milyon manata yaxın artıb

İqtisadiyyat Materials 25 İyun 2025 17:41 (UTC +04:00)
Xaricdən Azərbaycana yatırılan investisiyaların həcmi 400 milyon manata yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1,645 milyard manat məbləğində investisiya edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrünə nəzərən 391,9 milyon manat və ya 31,3% artıb.

Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 1,194 milyard manatı neft-qaz sektoru, 451,9 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2024-cü ilin ilk beş ayındakı göstərici ilə müqayisədə neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 9,6%, qeyri-neft-qaz sektoru üzrə isə 2,4 dəfə artıb.

Qeyd edək ki, ümumilikdə, bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6,695 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 21,9 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 11,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti