...

Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib

İqtisadiyyat Materials 25 İyun 2025 22:02 (UTC +04:00)
Maliyyə Nazirliyi tərəfindən növbəti depozit hərracı keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

25 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 7.00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti