Bakı. Trend:
FIFA Klublararası Dünya Çempionatının II turu çərçivəsində E qrupunda keçirilən qarşılaşmalarda maraqlı nəticələr qeydə alınıb.
Trend xəbər verir ki, İtaliyanın "İnter" klubu Argentina təmsilçisi "River Pleyt"ə qalib gəlib – 2:0.
Oyunda qolları Fransesko Pio Esposito (72-ci dəq.) və Alessandro Bastoni (90+3-cü dəq.) vurublar. Matçda "River Pleyt"in oyunçuları Lukas Martinez Quarta və Qonzalo Montiyel qırmızı vərəqə alıblar.
Qrupun digər oyununda Yaponiyanın "Urava Red Daymonds" komandası Meksika təmsilçisi "Monterrey" qarşısında aciz qalıb – 0:4.
Qolları Nelson Deossa (30-cu dəq.), German Berterame (34-cü dəq. və 90+7-ci dəq.) və Xesus Korona (39-cu dəq.) vurublar. "Urava Red Daymonds"un heyətində Tiaqo Santana fərqlənsədə, qol qeydə alınmayıb.
XXX
01:57
ABŞ-də keçirilən klublararası dünya çempionatında F qrupunun üçüncü turunun oyunları yekunlaşıb.
Trend xəbər verir ki, qrup mərhələsinin sonuncu turunda “Borussiya Dortmund” (Almaniya) – “Ulsan” (Cənubi Koreya) və “Mamelodi Sandaunz” (Cənubi Afrika Respublikası) – “Fluminense” (Braziliya) qarşılaşmaları keçirilib.
“Borussiya Dortmund” – “Ulsan” oyunu almanların minimal hesablı qələbəsi ilə – 1:0 nəticələnib. Qarşılaşmada yeganə qolu Daniel Svensson vurub.
“Mamelodi Sandaunz” və “Fluminense” komandaları arasında oyun isə qolsuz heç-heçə ilə başa çatıb.
Üç turdan sonra “Borussiya Dortmund” yeddi xalla qrup lideri kimi, “Fluminense” isə beş xalla qrup ikincisi kimi növbəti – 1/8 final mərhələsinə vəsiqə qazanıblar.