...

Parisdə güclü yağış və fırtına metro stansiyalarını su altında qoyub

Dünya xəbərləri Materials 26 İyun 2025 03:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə güclü yağış nəticəsində bir neçə metro stansiyası su altında qalıb.

Trend xəbər verir ki, bu barədə “Ici Paris Île-de-France” radiostansiyası məlumat yayıb.

Fransanın paytaxtını vuran fırtına şəhərətrafı qatar xidməti RER-in işinə də mənfi təsir göstərib. Xüsusilə, Parisi Şarl de Qoll hava limanı ilə birləşdirən xətt üzrə qatarlar fəaliyyət göstərmir.

Radiostansiyanın məlumatına əsasən, güclü külək nəticəsində binalara və avtomobillərə çoxsaylı ziyan dəyib.

Paytaxtın mərkəzində bəzi küçələr su altında qalıb, bəzi ərazilərdə isə günün işıq olmasına baxmayaraq küçələrin işıqlandırılması sıradan çıxıb.

Xəbər lenti

Xəbər lenti