...

Paşinyan "Müqəddəs Mübarizə"yə qarşı cinayət işinin açılmasına münasibət bildirib

Dünya xəbərləri Materials 25 İyun 2025 11:05 (UTC +04:00)
Paşinyan "Müqəddəs Mübarizə"yə qarşı cinayət işinin açılmasına münasibət bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alınıb.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabında yazıb.

O, arxiyepiskop Baqrat Qalstanyan barəsində irəli sürülən terrorçuluq ittihamına münasibət bildirərkən bunları deyib.

“Hüquq-mühafizə orqanları Ermənistan Respublikasını sabitsizləşdirmək və hakimiyyəti zorla ələ keçirmək məqsədi daşıyan “kriminal-oliqarxik-ruhani” çevrənin böyük və iyrənc planın qarşısını alıblar”.

Bundan əvvəl Ermənistanın İstintaq Komitəsi müxalif “Müqəddəs Mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanı və onun tərəfdarlarını respublikada hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti