Bakı. Trend:
Azərbaycan futzal üzrə milli komandasına yeni baş məşqçi təyin olunub.
Trend xəbər verir ki, bu vəzifəyə Yevgeni Kukseviç gətirilib.
Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.