Bakı. Trend:
Türkiyə narkotik vasitələrin ticarəti və dövriyyəsinə qarşı irimiqyaslı əməliyyat keçirilib.
Trend xəbər verir ki, bu haqda Türkiyənin DİN rəhbəri Əli Yerlikaya öz sosial şəbəkə hesabında məlumat paylaşıb.
Əməliyyat mərkəzi İstanbul olmaqla, 6 vilayətdə aparılıb və əsasən, narkotik vasitələrin küçədə satışını həyata keçirən şəxslərə yönəlib.
Əməliyyatın gedişində yarım tondan çox (548 kq) narkotik vasitə müsadirə olunub, 185 nəfər şübhəli şəxs qismində saxlanılıb.