Bakı. Trend:
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo yaxın günlərdə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə yeni müqavilə imzalayacaq.
Trend xəbər verir ki, yeni razılaşmanın bir və ya iki mövsüm üçün nəzərdə tutulması planlaşdırılır. Hazırda müqavilənin detalları müzakirə olunur.
“Əl-Nəsr”in son mövsümü titulsuz başa vurması Ronaldonun klubdakı gələcəyini sual altına qoysa da, tərəflər arasında 1+1 formatında (bir il əsas, bir il opsional) razılaşmanın əldə ediləcəyi gözlənilir.
Qeyd edək ki, 2023-cü ildən “Əl-Nəsr”də çıxış edən və artıq 40 yaşında olan Ronaldo 2024/2025 mövsümündə bütün turnirlərdə 35 qol vurub, 4 məhsuldar ötürmə verib.