...

İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirmişik - Rafael Qrossi

Dünya xəbərləri Materials 26 İyun 2025 03:49 (UTC +04:00)
İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirmişik - Rafael Qrossi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ilə münaqişənin kəskinləşməsindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın zənginləşdirilmiş uran ehtiyatlarını izləmək imkanını itirib.

Trend xəbər verir ki, bu barədə BAEA-nın baş direktoru Rafael Qrossi “France 2” telekanalına müsahibəsində bildirib.

“60 faiz zənginləşdirilmiş 400 kiloqram uran çox ciddi məsələdir. Bu material haradasa mövcuddur, lakin döyüşlər başlayandan sonra agentlik onun yerini izləyə bilməyib”, – deyə Qrossi vurğulayıb.

O, hərbi əməliyyatların davam etməsinə baxmayaraq, İranın agentliyin müfəttişlərinə materialın harada saxlandığını göstərməyə borclu olduğunu qeyd edib.

Qrossi, həmçinin İran parlamentinin BAEA ilə əməkdaşlığı müvəqqəti dayandırmaq qərarına münasibət bildirərək deyib: “Bu, agentliyə edilən bir lütf deyil. Bu, qanuni öhdəlikdir. İran 'Nüvə silahının yayılmaması haqqında' müqavilənin iştirakçısı olaraq qaldıqca, bu öhdəlik də qüvvədə qalır”.

Xəbər lenti

Xəbər lenti