Bakı. Trend:
Bu il yanvar-may aylarında Azərbaycanın bank sektorunun aktivləri 56, 549 milyard manat təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur.
Eyni zamanda, hesabat dövründə bankların cəmi öhdəlikləri 49,690
milyard manat, balans kapitalı 6,859 milyard manat olub. May ayında
bankların cəmi aktivləri və cəmi öhdəlikləri ötən ilin eyni dövrü
ilə müqayisədə müvafiq olaraq 3,6% və 4,3% artıb.
Hesabat ayında bankların kredit portfeli 1% və ya 290 milyon manat
artaraq 28,386 milyard manat olub.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53,2% (15,100 milyon manat);
ıı) istehlak kreditləri – 31,3% (8,881 milyon manat)
ııı) ipoteka kreditləri – 15,5% (4,404 milyon manat).